Biomüxtəliflik günü

Beynəlxalq biomüxtəliflik günü nədir?

Birləşmiş Millətlər Təşkilatı biomüxtəliflik anlayışı haqqında məlumatların daha geniş yayılması və ictimaiyyətə təqdim edilməsi üçün may ayının 22-ni Beynəlxalq Biomüxtəliflik Günü elan etmişdir. Həmin gün bir çox ölkələrdə məktəblilər arasında müxtəlif öyrədici oyunlar, yarışılar, növlərin müəyyən edilməsi məşğələləri və digər fəaliyyətlər şəklində qeyd olunmaqdadır. 22 may BMT-nin Biomüxtəliflik üzrə konvensiyası çərçivəsində həyata keçirilir. Bu konvensiya 29 dekabr 1993-cü ildə qüvvəyə minmişdir və 14 mart 2000-ci ildə Azərbaycan höküməti tərəfindən ratifikasiya olunmuşdur.

Biomüxtəliflik dünyəvi mühüm bir mövzu olsa da, məktəblilər də daxil olmaqla geniş əhali kütləsi bu haqda çox az məlumata sahibdir. Biomüxtəliflik gününün qeyd olunmasının əsas məqsədi məktəblilərin ölkəmizin biomüxtəlifliyi haqqında məlumatlara yiyələnməsidir. Onlar həmçinin biomüxtəlifliyin necə qiymətləndirilməsini də öyrənməlidirlər. Tədbir uğurla həyata keçirildiyi təqdirdə, məlumatlar 50-dən çox ölkənin iştirak etdiyi beynəlxalq platformaya təqdim olunacaqdır.